Xəbər lenti

İdman 10:24 18.11.2023

"Neftçi" "Zenit"lə qarşılaşacaq, Abışov son matçını keçirəcək

Yığmaların oyunu ilə əlaqədar yaranan fasilədən istifadə edən "Neftçi” bu gün yoxlama görüşü keçirəcək.

Qaynarinfo-nun məlumatına görə, Bakı klubu Rusiya təmsilçisi "Zenit”lə qarşılaşacaq. 
 
Yay fasiləsində "Match TV” turniri çərçivəsində Sankt-Peterburqda qarşılaşan komandalar bu dəfə yoxlama matçı üçün "Neftçi Arena”da görüşəcəklər. Klubların millilərə qoşulan oyunçuları bugünkü matçda iştirak etməyəcəklər.

Rusiyadakı qarşılaşmada "Zenit” 3:1 hesablı qələbə qazanmışdı.
 
Bu qarşılaşma həm də millimizin sabiq üzvü Ruslan Abışov üçün əlamətdar olacaq. Belə ki, "Neftçi"nin yetirməsi "Zenit"lə oyunda son matçını elə futbolun sirlərinə yiyələndiyi klubda keçirəcək və futbolçu karyerasını bitirəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->