İdman 18:50 11.07.2020

"Neftçi"nin sabiq vitse-prezidenti vəfat etdi - Koronavirusdan

"Neftçi"nin sabiq vitse-prezidenti İlqar Quluzadə vəfat edib.

Fanat.Az xəbər verir ki, keçmiş klub rəsmisi koronavirusdan dünyasını dəyişib. Bu barədə vaxtı ilə onunla birlikdə "Neftçi"də çalışmış həkim Rahim Məhərrəmov məlumat yayıb. 

Qeyd edək ki, İlqar Quluzadə 2009-cu ildə "Neftçi"dən ayrılıb. Mərhum həm də şəkər xəstəliyindən əziyyət çəkirdi.