Xəbər lenti

Nobel mükafatı laureatı Bakıya gəldi (FOTO)
Ölkə 22:04 30.05.2024

Nobel mükafatı laureatı Bakıya gəldi (FOTO)

Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar AMEA-nın dəvətilə Azərbaycana səfərə gəlib.


Qaynarinfo xəbər verir ki, Aziz Sancar səfərinin ilk günündə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.


Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Alaverdi Aşırov müşayiət edib

.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->