Xəbər lenti

Kamçatkada 7,1 ballıq zəlzələ: Sunami təhlükəsi elan edildi
Dünya 08:45 13.09.2025

Kamçatkada 7,1 ballıq zəlzələ: Sunami təhlükəsi elan edildi

Kamçatka sahillərində 7,1 maqnitudalı zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, zəlzələdən sonra Şimali Kuril bölgəsində sunami təhlükəsi elan edilib.

Məlumata görə, zəlzələnin ocağının dərinliyi 10 kilometr olub. Zəlzələlər regional paytaxtda 4-6 bal hiss olunub. 

"Yujno-Saxalinsk" seysmoloji stansiyasının rəisi Yelena Semyonova əhaliyə xəbərdarlıq edib: "Sunami təhlükəsi elan edilib. Xalaktırski çimərliyinə və sunami təhlükəsi olan digər ərazilərə səfər edərkən xüsusilə diqqətli olun".

Daha sonra regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti əlavə edib ki, hündürlüyü 120 sm-dən çox olmayan sunami dalğasının Mayaçnı burnu, Xalaktırski çimərliyi ərazisinə yaxınlaşacağı gözlənilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->