Ekonomiks 15:41 29.12.2023

Növbəti "Səyyar qəbul otağı" "Nur şəhəri"ndə quruldu

"Yaşadığım ünvanda mavi yanacağın olmaması bizə xeyli çətinlik yaradır. Bütün sakinlər adından həmin əraziyə küçə qaz xəttinin çəkilməsində bizə köməklik etməyinizi sizdən xahiş edirəm". 

Bu sözləri Füzuli Cəbiyev Mingəçevir şəhərində baş tutan "Açıq mikrofon" aksiyasında çıxışı zamanı bildirib. Daha sonra mikrofon önünə keçən Rəna Əliyeva qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. 

Pərvanə Əliyevanın müraciəti isə qaz sayğacının əvəzlənməsi ilə bağlı olub. Layihə-smeta sənədlərinin daha da tez hazırlanmasında köməklik edilməsini xahiş edən Qara Məmmədzadənin də müraciəti dinlənilib. 

Səsləndirilən hər bir müraciətlə bağlı SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.