"Tarixboyu ermənilər etdikləri saxtakarlıqları bu gün də davam etdirməyə çalışırlar. Azərbaycan tarixini zaman-zaman saxtalaşdırırlar və ölkəmizə qarşı müxtəlf iddiaları və fikirləri səsləndirirlər".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bu cür iddiaların səngimədiyini vurğulayıb:

"Hesab edirəm ki, biz daha çox çalışmalıyıq və daha çox səy göstərməliyik. Bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır. Ən önəmlisi də müxtəlif elmi araşdırmalar, təqdiqatlar aparılmalıdır. Xüsusi ilə də xarici dillərdə kitabların çapı məsələsinə önəm verməliyik. Daha çox müxtəlif dillərdə əsərlər, kitablar və məqalələr çap olunmalıdır. Qafqaz Albaniyası irsinin Azərbaycana məxsusluğu davamlı olaraq gündəmdə saxlanılmalı və vurğulanmalıdır".
Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycana qarşı saxtakarlıqların qarşısının alınmasında davamlı olaraq addımlar atılması və səylər göstərilməsinə ehtiyac var:
"Biz prosesləri elə tənzimləməliyik ki, ermənilərin bu cəhdinin qarşısını alaq".
Bahar Rüstəmli
Şərhlər