Ekonomiks 12:32 02.04.2024

“OBA” market yaxın qonşularını sevindirməyə davam edir... (VİDEO)

"OBA” marketlər şəbəkəsi yeni konsepsiyada həyata keçirdiyi hədiyyəli yarışma ilə evlərə sevinc paylamağa davam edir. Qonşularının süfrəsi bol, cibi dolu olsun deyə qapı-qapı dolaşaraq onlara müxtəlif məbləğlərdə alış-veriş kartları təqdim edir.

Xalqın qonşu marketi bu dəfə yepyeni hədiyyəli yarışmanın ilk buraxılışı ilə Xırdalan sakinlərini üzünü güldürdü.

Belə ki, yarışma çərçivəsində alış-verişin qənaətli məkanı olaraq fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi filiallarının qonşuluğunda yerləşən mənzillərə üz tutaraq sakinlərdən "OBA” marketə aid alış-veriş qəbzi və mobil tətbiqin onlarda olub-olmadığını soruşur. Qəbzi təqdim edən və tətbiqin öncədən aktiv olduğunu göstərən qonşularını 100 AZN-ə qədər olan müxtəlif məbləğlərdə hədiyyə kartları təqdim edir. Əgər öncədən evdə alış-veriş qəbzi olmazsa, bu halda da qonşularını məyus qoymur, onlarla yerindəcə kiçik yarışma təşkil etməklə qonaq getdiyi hər evdə sevinc payı bəxş edir.

Qeyd edək ki, sözügedən yarışma növbəli şəkildə ölkəmizin hər obasında baş tutacaq. Odur ki, yaxın qonşunuzun hər an qapınızı döyməsinə hazır olun.