Sabah
Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.
APA-nın
xəbərinə görə, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.
Prezident
İlham Əliyev Ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürüb.
Namizədlər
Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan
Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və
Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.
Hazırda
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır.
Şərhlər