Xəbər lenti

Orta məktəblərdə dərslər hansı tarixdə başlaya bilər? (EKSPERT)
Ölkə 15:36 15.04.2020

Orta məktəblərdə dərslər hansı tarixdə başlaya bilər? (EKSPERT)

"May ayının 10-u ilk dərs günü ola bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov karantin rejimindən sonra orta məktəblərdə dərslərin başlanmasından danışarkən deyib. 

Onun sözlərinə görə, son günlər koronavirusa yoluxanların sayında ölkəmizdə azalma müşahidə olunur:



"Martın 3-dən etibarən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb və qüvvədə olan qərara görə, aprelin 20-də ilk dərs günüdür. Amma aprelin 20-nə saat 00:00-a qədər ölkə ərazisində ciddi rejimli karantin elan olunduğu üçün bu tarixdə dərslərin bərpa olunması mümkün deyil. Son günlərin rəqəmlərinə nəzər saldıqda görürük ki, koronavirusa yoluxanların sayında ölkəmizdə azalma müşahidə olunur. Ona görə də düşünürəm ki, may ayının 10-u ilk dərs günü ola bilər".

Bununla belə Kamran Əsədov bildirib ki, bunu bütün ölkə ərazisinə şamil etmək olmaz: "4447 məktəbdə dərsləri eyni gündə başlamaq olmaz. İlk növbədə yoluxma mşahidə olunmayan və ya az müəyyən edilmiş bölgələrdə, ərazilərdə başlamaq, sonra isə qismən artan əhatəliliklə davam etdirmək lazımdır. Hesab edirəm ki, may ayının sonlarına doğru bütün tədris prosesi bərpa oluna bilər. Çünki karantin dövründə dövlət tərəfindən istər orta məktblərdə, istərsədə ictimai yerlərdə dezinfeksiya işləri görülüb. Ona görə də may ayının sonlarında tədrisin başlamasında bir problem görmürəm".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->