Xəbər lenti

Azərbaycanda kredit kartlarının azalmasının səbəbi nədir? (VİDEO)
Video 23:15 08.03.2026

Azərbaycanda kredit kartlarının azalmasının səbəbi nədir? (VİDEO)

Kredit kartlərının əldə edilməsi çətinləşir. Bu səbəbdən Azərbaycanda kredit kartlarının sayı azalıb.

Debet kartları 13.3 faiz artdığı halda, kredit kartlarının 7.6 faiz azalıb.

Bəs kredit kartlarının azalmasının səbəbi nədir?

İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, kredit kartlarının azalması əsasən onların verilmə şərtlərinin dəyişdirilməsi ilə bağlıdır. Hansıki əvvələr əməkhaqqına baxılmadan banklar rahatlıqla vətəndaşlara keredit kartı verirdi. Lakin sonradan bu, problemli kreditə çevrildiyi üçün Mərkəzi Bank tərəfindən kredit xətti üzrə yeni qaydalar hazırlandı və kartların verilməsində ciddi dəyişiklik oldu.

Ekspert hesab edir ki, bütün bunlar kredit kartı alanların sayına təsir edir. Eyni zamanda bu addım borclanmanın nəzarətdə saxlanmasına və risklərin azaldılmasına xidmət edir. Bəzi hallarda vətəndaşların kredit kartına görə, artıq borclanırdı. Xüsusilə gəlirlə müqayisədə böyük limitlərin açılması sonradan ödəniş çətinlikləri yaradır, gecikmələr və əlavə maliyyə öhdəlikləri formalaşdırırdı.

Xalid Kərimli onu da əlavə edib ki, vətəndaşların kredit kartına üstünlük verməsinin səbəbləri arasında, istehlak krediti ilə müqayisədə zamin və girov qoyulmaması idi.//Xəzər TV


--> -->