Paris yaxınlığında bir məktəb müəllimi öldürülərək başı kəsilib.
Qaynarinfo xəbər verir ki, hadisə dini zəmində baş verib. Müəllim tarix dərsində söz azadlığı mövzusundakı bir müzakirə çərçivəsində Məhəmməd peyğəmbərin karikatirasını şagirdlərə göstərdiyinə görə "cəzalandırılıb”.
BBC News-un məlumatına görə, hücum Conflans-Saint-Honorinedə bir məktəbdə baş verib, lakin DW-nin əlində hadisənin metro qatarında baş verməsi barədə məlumatlar var. Terrorçu "Allahu Əkbər!" deyə qışqıraraq qurbanına zərbə endirib və böyük bıçaqla başını kəsib.
Şübhəlinin ardınca düşən polis onu başqa bir yerdə - Eranyi yaxınlığında güllələyib.
Bəzi məlumatlara görə, məhv edilməzdən əvvəl terrorçu Twitter-də prezident Emmanuel Makrona müraciət etməyə macal tapıb. O, Fransa prezidentini "kafirlərin lideri”, qətli isə "edam” adlandırıb”, - SITE antiterror veb saytının direktoru Rita Katz bildirib.
Versiya, təcavüzkarın rəsmləri görən məktəblilərdən birinin atası ola biləcəyi yoxlanılır.
Qətldə Moskvada anadan olmuş 18 yaşlı Çeçen əsilli oğlan şübhəli bilinir. Rusiya səfirliyi bu məlumatları yoxlayır, terrorçunun vətəndaşlığı hələ təsdiqlənməyib.
Alpər
Şərhlər