Xəbər lenti

Paşinyan Qarabağla bağlı ittihamları nankorluq adlandırdı
Siyasət 18:35 06.12.2023

Paşinyan Qarabağla bağlı ittihamları nankorluq adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Qarabağa biganəlik nümayiş etdirməsi ilə bağlı bəyanatları nankorluq adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bizim Qarabağa biganəlik göstərdiyimizlə bağlı iddialara gəlincə, belə bir fikir də var ki, biz Qarabağı tək qoymuşuq... Mən bunu bir sözlə - nankorluqla qiymətləndirə bilərəm", deyə Paşinyan parlamentdə bildirib.

O qeyd edib ki, Qarabağa biganəlik ittihamları təkcə ölkə hakimiyyətinə deyil, bütövlükdə Ermənistana qarşı irəli sürülür.

Baş nazirin fikrincə, Dağlıq Qarabağ məsələsi uzun illərdir ki, müəyyən qüvvələr tərəfindən Ermənistan dövlətçiliyini sarsıtmaq üçün istifadə olunur.

O əlavə edib ki, Ermənistan hökumətinin başçısı kimi onun vəzifəsi ölkənin gələcəyini təmin etməkdir və o, Konstitusiyaya uyğun olaraq bu problemi həll etmək üçün əlindən gələni edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->