Hüseynbala
Səlimov
"Əgər
dünya birliyi dərhal prosesə qarışmasa, çox tezliklə, 17-ci əsrdə olduğu kimi,
türkləri Vyananın darvazaları qarşısında görəcək!” – bəli, bəzi Rusiya KİV-lərinin
məlumatlarına görə, bu sözləri erməni baş naziri N.Paşinyan italyan qəzetlərindən
birinə müsahibəsində deyib...
Bu
sətirləri oxuyan istənilən normal adam soruşar: "İlahi, doğrudanmı bu
mümkündür? Axı indi 17-ci, yox 21-ci əsrdir! Doğrundanmı dünya 4 yüz il ərzində
heç dəyişməyib?”.
Üstəlik,
Türkiyə güclü və inkişaf etmiş bir ölkə olsa da, hər halda, Rusiya və yaxud da
ABŞ kimi nüvə fövqəldövləti də deyil, xüsusən də ki, Şimali Koreya kimi, ruslar
demiş, izqoy-ölkə də deyil.
Bu
ölkədə siyasətdə nəinki Kim Çen Inların, hətta böyük siyasətdə Jirinovskilərin
peyda olması belə mümkün deyil, çünki söhbət hansısa başabəla dövlətdən deyil,
dümək olar ki, dünyanın bütün hüquqi-demokrarik təsisatlarının, o cümlədən də
NATO-nun üzvü olan normal və müasir bir ölkədən gedir.
Bəs
onda axı problem nədədir? Məsələ bundadır ki, Nikol özü hələ də 17-ci əsrdə, hətta
ola bilsin, bir az da qədimlərdə yaşayır. Məsələn, biz onun Münhen Təhlükəsizlik
Konfransının panel müzakirələrində qədim Roma dövrünün "fakt”larına istinad
etdiyini görəndə bu adamın nəinki məntiqinə, hətta psixi durumuna şübhə etdik,
çünki onun məntiqindən bu nəticə hasil olur ki, Cənubi və Şimali Amerikanın əsas
əhalisini gəmilərə mindirib təzədən Avropaya qaytarmaq lazımdır, çünki onlar
kontinentin yerli əhalisi deyillər, gəlmədirlər...
Maraqlısı
budur ki, Nikol özü tarixçi deyil, jurnalistdir. Ondan fərqli olaraq Ermənistanın
birinci prezidenti L.Ter-Petrosyan qədim dillər üzrə və o cümlədən də qədim erməni
yazıları-mənbələri üzrə mütəxəssis idi.
Amma
biz bir dəfə də eşitmədik ki, o, Herodota və yaxud da başqa bir qədim müəllifə
istinad etmiş olsun, çünki bu cür yanaşmalar tamamilə absurddur: tarix boyu
yerdəyişmələr olub, insanlar bir yerdən başqa yerlərə köç edib, əlbəttə, böyük
demoqrafik nəticələrə gətirib çıxaran istilalar və müharibələr də olub.
Paşinyanın
"tarixə” marağı haradan qaynaqlanır? Birincisi, onun dedikləri tarix yox, erməni
mifologiyasıdır. Əgər N.Paşinyana əsl tarixi öyrətsəydilər, onun qədim dövlərə
marağı birdəflik ölərdi, çünki əsl akademik qədim dünya tarixinin ermənilərin
nağıllarına və yalanlarına heç bir aidiyyatı yoxdur.
İkincisi,
qədim nağıllardan savayı Paşinyanın bildiyi bir şey yoxdu - ən azı ona görə ki,
onun da beyninə illərlə "Böyük Ermənistan” haqqında nağıllar yeridilib.
Amma
erməni ekspertlərinin əksəriyyətinin fikrincə, qarşıda N.Paşinyanın tarixlə
ciddi məşğul olması üçün xeyli vaxtı olacaq, belə ki, həmin ekspertlər hesab
edir ki, Paşinyan Vladimir Putini işə qarışmağa və Azərbaycan ordusunu müvəqqəti
olaraq dayandırmağa nail ola bilsə də, onun hətta ölkə daxilindəki vəziyyəti
tamam ayaq-baş halda qalmaqda davam edir.
Birincisi,
bu, artıq üçüncü atəşkəs sazişidir. Əvvəlki ikisini xatırlasaq, aydın olar ki,
bu sazişdən də bir şey çıxmayacaq, əsl sülh olmayacaq və münaqişə sönməyəcək.
Amma rəsmi Bakı və o cümlədən də Azərbaycan xalqı bununla razılaşacaqmı?
Hətta
möcüzə baş vers, sazişə əməl olunsa, Azərbaycan xalqı daha otuz il bu vəziyyətlə
barışacaqmı?
Əlbət
ki, yox! Azərbaycan prezidenti işğal olunmuş ərazilərin azad olunması ilə bağlı
dəqiq qrafik və münaqşənin çözülməsi üçün dəqiq bir "yol xəritəsi” tələb edir.
İkincisi,
növbəti saziş (ermənilər onu ilk saatdan, hətta dəqiqədən pozdular!) dərhal
humanitar və həm də çərçivə sazişi kimi təsnif edildi: əgər atəşkəsə əməl
olunsa, ola bilsin, onun hər punktu genişləndiriləcək və işlənəcək, hətta
tamamilə təzədən yazılacaq.
Üstəlik,
burada elə məqamlar var ki, onları azərbaycanlı diplomatlar yetərincə nəzərə
almayıblar – hər halda, bizə belə gəlir. Bəli, söhbət 4-cü punkt haqqdındadır.
Burada danışıqlar formatının dəyişməz qalacağı vəd edilir.
Bunu
"bir addım irəli, bir addım geri” adlandırmaq olardı. Məsələ bundadır ki,
formatın dəyişməsini erməni tərəfi tələb edirdi ki, oyuncaq DQR-i də bura
soxsun. Son razılaşma bu məsələdə nöqtə qoyur. Amma ki, məsələnin başqa tərəfi
də var. Son günlərdə hamı tələb edirdi ki, bəs Türkiyə də həmsədr statusu
almalıdır. Düşünürük ki, bunu razılaşmada hansısa formada qeyd etmək olardı,
çünki hazırda diqtə edən tərəf bizik.
Erməni
tərəfinə gəlidikdəsə, hazırda onları Türkiyənin də növbəti həmsədr ola bilməsi
daha çox məşğul edir, nəinki DQR-in danışıqlara cəlb olunması haqqında düşünmək.
Amma
proses hələ bitməyib və əksər təhlilçilər hesab edir ki, elə bu sazişi də
birinci iki sazişin taleyi gözləyir. Qeyd edək ki, ermənilərin ona lap ilk gündən
əməl etməməsi bir daha göstərir ki, üçüncü sazişin ömrü daha qısa və hətta ola
bilsin, bir-iki gün olacaq.
Burada
bir daha qeyd edək ki, saziş bizi hər hansı mənada məhdudlaşdırmır – əgər ermənilər
ona əməl etməsə, biz razılaşmadan çıxdığımızı bəyan edərək hərbi əməliyyatları
bərpa edə bilərik. Bizim qarşımızda əsas maneə hansısa saziş deyil, Moskvadır,
prezident Putin cənablarıdı, hansı ki, münaqişədə dirijor çubuğunu yerə qoymaq
fikrində deyil...
Paşinyana
gəldikdə isə, erməni ekspertləri bu fikirdədir ki, çətin ona öz reytinqini və
hakimiyyətini reanimasiya etmək mümkün olsun.
Elə
biz də ona reanimasiya haqda düşünməyi yox, birbaşa siyasi morqa üz tutmağı məsləhət
görərdik...
Şərhlər