Xəbər lenti

Pentaqon rəhbəri dronlara qarşı məxfi mübarizə strategiyasını imzaladı
Dünya 11:20 06.12.2024

Pentaqon rəhbəri dronlara qarşı məxfi mübarizə strategiyasını imzaladı

Pentaqon rəhbəri Lloyd Ostin pilotsuz sistemlərin təsirinə qarşı mübarizə aparmaq üçün yeni məxfi strategiyanı imzalayıb.  

Qaynarinfo "European Pravda”ya istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Pat Rayder bildirib

Müdafiə Nazirliyi tərəfindən dərc olunan məxfi olmayan məlumat bülleteninə görə, dronların imkanları hazırda artır və ABŞ və onun müttəfiqləri üçün getdikcə daha böyük təhlükə yaradır.  

"Komersiya innovasiyalarının artması, süni intellekt, avtonomiya və şəbəkə texnologiyalarının daha da təkmilləşdirilməsi sayəsində dronlar hərbi qüvvələr və qeyri-dövlət subyektləri tərəfindən hədəflərə nail olma yollarını kökündən dəyişir”, – Pentaqondan bildirilib.  

Yeni strategiya nazirliyin bu təhdidlə mübarizə üçün artıq göstərdiyi səyləri gücləndirir, deyə qurum əlavə edib.  

Rayder vurğulayıb ki, dronlar ABŞ kontingenti, obyektləri və aktivləri üçün həm təcili, həm də daimi təhlükə yarada bilər və bu təhlükə getdikcə daha çox ölkə daxilində də hiss olunur.  

"Bu sistemlərin yaratdığı təhdidlər müharibə aparma üsullarını dəyişir”, – deyə o qeyd edib.  

Pentaqon bəyan edib ki, bu vahid strategiya və digər iri təşəbbüslər vasitəsilə qurum "problemi ümumi başa düşməyi və onun həlli üçün kompleks yanaşmanı” təmin edir.  

Yeni strategiya Müdafiə Nazirliyinin digər mühüm təşəbbüslərinə, o cümlədən kiçik pilotsuz uçuş aparatlarına qarşı mübarizə üzrə Birgə Ofisin yaradılmasına, yüksək rəhbərlik səviyyəsində inteqrasiya qrupunun formalaşdırılmasına və kiçik uçuş aparatlarının yaratdığı təhdidlərə qarşı müdafiəyə yönəlmiş "Replikator 2” təşəbbüsünün həyata keçirilməsinə əsaslanır.  

Yeni strategiya məxfi olsa da, ona bağlı məxfi olmayan məlumat bülletenində Pentaqonun bu çərçivədə həyata keçirməyi planlaşdırdığı bəzi səylər açıqlanıb.  

Rayderin sözlərinə görə, strategiya nazirliyə pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlərə "kompleks, birgə və tam yanaşma” tətbiq etməyə imkan verir.  

Yaxınlarda NATO-nun modernizasiya məsələlərinə cavabdeh olan yüksək rütbəli hərbi rəsmilərdən biri - Pyer Vandye Avropa ölkələrinin müdafiə istehsalı sahəsində bir çox proseslərin həddindən artıq bürokratizasiya olunmasını tənqid edib.  

Həmçinin məlum olub ki, bir neçə AB ölkəsi hava hücumundan müdafiə, kamikadze dronlar və radioelektron mübarizə sistemlərinin hazırlanması üçün əməkdaşlıq barədə razılığa gəlib.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->