Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz” supermarketlər şəbəkəsi təbiətin qorunması və ekologiyanın mühafizəsi sahəsində layihələrini davam etdirir. Bu istiqamətdə "Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" supermarketlər şəbəkəsinin dəstəyi ilə "Card to Art" sosial-ekoloji layihəyə başlanıb.
Layihə çərçivəsində plastik kartları toplamaq üçün nəzərdə tutulan qutular "Araz” supermarketlər şəbəkəsinin filiallarına yerləşdirilir. İlk belə qutu Qutqaşınlı superstore filialında yerləşdirilib.
İstifadə müddəti başa çatan və yararsız plastik kartların təbiətə atılmasının qarşısını almağa xidmət edən layihənin məqsədi plastik kartlardan istifadə edən tərəfləri bir araya gətirərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
Qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər” ASC tərəfindən yaradılan "Tullantıdan Sənətə" muzeyində təşkil ediləcək "Card to Art" sərgisində ziyarətçilərə təqdim olunacaq.
Şərhlər