Xəbər lenti

Sumqayıtda da gedişhaqqı 60 qəpik olacaq - Bu tarixdən
Ölkə 15:05 23.10.2025

Sumqayıtda da gedişhaqqı 60 qəpik olacaq - Bu tarixdən

"Bizə daxil olan məlumata görə, ilin sonunadək Sumqayıt şəhəri 100 CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən nəqliyyat vasitələri ilə təmin olunacaq  və yanvardan kart sistemi tətbiq olunacaq".

Qaynarinfo Bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.

O bildirib ki, yanvardan Sumqayıt şəhərində gedişhaqqı 60 qəpik olacaq:

"Hazırda Sumqayıtda gedişhaqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda sərnişinlərin kartından gedişhaqqı üçün avtomatik olaraq 60 qəpik çıxacaq”.

Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gedişhaqqı 50 qəpikdən 60 qəpiyə artırılıb. Bu artım müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aiddir. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->