Xəbər lenti

Pezeşkian və Tramp anlaşma memorandumunu imzaladı
Dünya 02:08 18.06.2026

Pezeşkian və Tramp anlaşma memorandumunu imzaladı

İran və ABŞ qarşılıqlı anlaşma memorandumu imzalayıb.
 
Qaynarinfo xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
 
Sənədin imzalanması Tehrana və Vaşinqtona danışıqlara başlamaq imkanı verir. Memorandumu ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian imzalayıb.

"İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai bəyan edib ki, İranla ABŞ arasında memorandumun mətni hər iki tərəfin onu imzalamasından sonra rəsmi olaraq yekunlaşdırılıb”, deyə İranın "Press TV” telekanalının yaydığı məlumatda qeyd edilir.

ABŞ-ın "Axios” nəşrinin jurnalisti Barak Ravid mənbələrə istinadən bildirib ki, memorandum elektron formada imzalanıb və artıq qüvvəyə minib.
 
"Anlaşma memorandumu hər iki ölkənin prezidentləri tərəfindən imzalandıqdan sonra onun pozulması daha baha başa gələcək. Bu ana qədər danışıqlar qruplarının Cenevrədə iştirak proqramı qüvvədə qalır, lakin memorandum rəqəmsal qaydada imzalanıb və İsveçrədə hər hansı imzalama mərasimi keçirilməyəcək", deyə Bəqai bildirib.

ABŞ və İran münaqişənin tənzimlənməsi barədə 15 iyun tarixində elan veriblər. ABŞ Prezidenti Donald Tramp 17 iyunda bildirib ki, Amerika tərəfi 48 saat ərzində qarşılıqlı anlaşma memorandumunu imzalayacaq.

Bundan sonra tərəflər İranın nüvə sazişi və digər məsələlər üzrə danışıqlara başlamalıdırlar.

Aydın
--> -->