Xəbər lenti

DÇ-2026: Portuqaliya Konqoya qalib gələ bilmədi
İdman 23:01 17.06.2026

DÇ-2026: Portuqaliya Konqoya qalib gələ bilmədi

Futbol üzrə dünya çempionatında Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.

Qaynarinfo-nun məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib - 1:1.

Avropalıların heyətində Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.

Portuqaliya millisinin heyətində Kriştianu Ronaldu oyunun əvvələrindən sonuna qədər meydanda olub və heçnə ilə yadda qalmayıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->