Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ələ keçirdiyi PKK liderlərindən birinin Cemil Bıyık olduğu bildirilir.
Qaynarinfo xəbər verir ki, bu iddia ilə "Yeni Akit" qəzetinin yazarı Osman Yiğit çıxış edib. Onun sözlərinə görə, TSQ və MİT-in (Milli İstihparat Təşkilatı) İranla kordinasiyalı şəkildə apardığı əməliyyat çərçivəsində terror təşkilatının lider qrupu bir müddətdi nəzarət altında saxlanılırdı. Bu günlərdə baş tutan hava əməliyyatından sonra TSQ və MİT-in əməliyyat qrupu Cemil Bıyık və daha bir neçə təşkilat liderini ələ keçirib.
Xəbərdə 2013-cü ildən PKK-ya rəhbərlik edən Cemil Bıyıkın səhhəti və əməliyyatın detaları ilə bağlı məlumat əldə etməyin mümkün olmadığı bildirilir. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi qeyd edilir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa mitinqindəki çıxışı zamanı "Toplantı keçirən lider qrupunu həll etdik" deyərək bu əməliyyatın siqnalını vermişdi.
***10,58
Türkiyə Kandildə keçirdiyi anti-terror əməliyyatları zamanı PKK-nın iki liderini ələ keçirib.
Qaynarinfo xəbər verir ki, bu iddia ilə "Aydınlıq” qəzetinin yazarı Rafet Ballı çıxış edib.
Yazar qeyd edib ki, PKK-nın iki əsas lideri ələ keçirib və ən geci şənbə gününə qədər İmralı adasındakı həbsxanaya aparılacaqlar. Tamamilə qapalı olan bu həbsxanada PKK-nın qurucusu və lideri Abdullah Öcalan saxlanılır.
"Kəşfiyyat kulisləri önəmli bir iddia ilə çalxalanır. "İddia” deyirik, çünki hələ təsdiqini tapmayıb. Kəşfiyyat və təhlükəsizlik orqanlarında ən yüksək səviyyələrdə bu iddia dolaşır. Məlumatlar fərqli kanallardan daxil olur, ancaq demək olar ki, hamısı mahiyyət etibarı ilə eynidir. Bizə daxil olan gizli məlumata görə, PKK-nın liderlərindən ikisi Türkiyənin əlindədir. Bir daha təkrarlayıram, PKK terror qruplaşmasının iki yüksəkçinli idarəçisi türk təhlükəsizlik qüvvələrinin əlinə keçib. Bu iki nəfərin İmralıya aparılması nəzərdə tutulub. Yəni Abdullah Öcalanla eyni həbsxanaya yerləşdiriləcəklər. Əslində bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir işarə vermişdi. 15 iyun 2018-də, yəni 5 gün əvvəl İstanbuldakı çıxışında "Sizə bir neçə gün ərzində başqa müjdələrimiz də olacaq” demişdi”, deyə yazar qeyd edib.
Şərhlər