Xəbər lenti

Politoloq: “Bu proses Ermənistanın istəyib-istəməməsindən asılı deyil...”
Siyasət 19:27 23.10.2020

Politoloq: “Bu proses Ermənistanın istəyib-istəməməsindən asılı deyil...”

"Düşünürəm ki, Azərbaycan ordusu əsas hədəflərə çatandan sonra məhz bu format işə düşəcək”.


BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də olmalıdır” fikrini şərh edərkən deyib. Politoloq Rəcəb Tayyib Ərdoğanın haqlı olduğunu bildirib:

 



"Əslində mən də illərdir deyirəm ki, Minsk Qrupu işə yaramır. Bu məsələdə 2+2 formatı keçərlidir. Qarşı duran tərəflər - Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə... Ərdoğan bunu qətiyyətlə vurğulayıb ki, danışıqlarda Ermənistan Rusiyanı istəyirsə, Azərbaycan da Türkiyəni tələb edir. Bu normaldır. Bundan əlavə, Ərdoğan önəmli bir fikir də söyləyir ki, Rusiya bu təklifin əleyhinə çıxmır. Həqiqətən Rusiya Prezidenti Vladimir Putinə bu barədə sual veriləndə bildirdi ki, format dəyişilə bilər. Yəni, faktiki Putun də bunu əlehinə deyil”.


Elxan Şahinoğlu hesab edir ki, bu proses Ermənistanın istəyib-istəməməsindən asılı deyil:


"Məsələni onlar həll etmir. Burada məsələni həll edən iki böyük güc var - Rusiya və Türkiyə. 2+2 formatı işə düşəcək. Yəni, Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya. Bu format əsasında danışıqlar aparıla bilər”.


Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsahibəsində bunları deyib:


"ATƏT-in Minsk Qrupu bir nəticə ortaya qoya bilməyib. Azərbaycan haqlı tələb irəli sürür. Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Bu sərhəd təhlükəsizliyi, sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də olmalıdır”.


Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->