Xəbər lenti

Premyer Liqa: “Sabah”ın 8 oyunluq qələbə həsrəti bitdi
İdman 20:13 21.10.2023

Premyer Liqa: “Sabah”ın 8 oyunluq qələbə həsrəti bitdi

Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ikinci matçı Bakıda baş tutub.

Paytaxt təmsilçisi "Sabah” doğma arenasında "Sumqayıt”ı qəbul edib. Qarşılaşmada hesabı erkən qolla qonaqlar açıblar. İsa Suliman 9-cu dəqiqədə "gənclik şəhəri” təmsilçisini önə keçirib. Lakin Samir Abasovun kollektivinin üstünlüyü bir hissə çəkib.

Meydan sahibləri əvvəlcə 54-cü dəqiqədə bərabərlik topunu vurublar. Con İrasabal adını tabloya yazdırıb. 81-ci dəqiqədə Namik Ələskərov bakılıları hesabda önə keçirib. Qarşılaşmada son nöqtəni isə 90+6-cı dəqiqədə ev sahiblərinin hücumçusu Davit Volkov qoyub.

Beləliklə, rəqibini 3:1 hesabı ilə məğlub edən "Sabah” çempionatda 8 oyunluq qələbə həsrətinə son qoyub. Bu nəticə sayəsində Murad Musayevin yetirmələri xallarının sayını 10-a çatdırıblar. "Sumqayıt” isə 11 xalda qalıb.

Qeyd edək ki, əvvəlki oyunlarda "Turan Tovuz” "Qarabağ”la (2:2), "Kəpəz” "Zirə” ilə (0:0) bərabərə qalıblar, "Neftçi” səfərdə "Səbail”i 4:2 hesabı ilə məğlub edib. Tura oktyabrın 22-də keçiriləcək "Qəbələ” – "Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->