Xəbər lenti

Prezident Xanlar Vəliyevlə bağlı sərəncam imzaladı
Siyasət 12:51 17.03.2025

Prezident Xanlar Vəliyevlə bağlı sərəncam imzaladı

Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla X.Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb. 

Qeyd edək ki, bu günlərdə Xanlar Vəliyevin 70 yaşı tamam olub. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->