Uruqvay prezidenti Tabare Vazkezə ağciyər xərçəngi diaqnozu qoyulub.
Qaynarinfo xəbər verir ki, ötən günlərdə xəstəliyi ilə gündəmə gələn ölkə rəhbərinin analiz nəticələri müəyyənləşib. T.Vazkezin ağciyərinin sol hissəsindəki şiş bədxassəlidir.
Qeyd edək ki, T.Vazkez 2005-2010-cu illərdə Uruqvaya rəhbərlik edib, 2015-ci ildə 2-ci dəfə prezident seçilib. O, onkologiya üzrə mütəxəssis həkimdir.
Gülşən
Şərhlər