Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin mətbuat xidmətinin katibi Rifaa Rafi ət-Tahtavi və onun müavini Əsəd əş-Şeyha hakimiyyətə müqavimət göstərmək ittihamı ilə 15 gün həbsdə qalacaq.
Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, belə bir qərarı Misir baş prokurorluğu baş verib. Rifaa Rafi ət-Tahtavi hazırda Məhəmməd Mursilə eyni yerdə saxlanılır.
Qeyd edək ki, hakim qurumlar bu günə kimi devrilən prezident Məhəmməd Mursin harada saxlanıldığı barədə cəmiyyətə heç bir məlumat vermir.
Qaynar.info
Şərhlər