"Artıq imza toplama prosesini yekunlaşdırmışıq, 10 mindən artıq imza toplanıb".
Bunu Anspress-ə açıqlamasında, prezidentliyə namizəd, Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi.
Prezidentliyə namizəd, hazırda vərəqlərin yoxlanması prosesinin getdiyini qeyd etdi: "Çox çətin bir prosesdən keçirik. Xalqda böyük xof, inamsızlıq hökm sürür".
Şərhlər