Xəbər lenti

Prezidentliyə namizəddən Milli Şuraya ağır ittiham
Siyasət 19:00 04.09.2013

Prezidentliyə namizəddən Milli Şuraya ağır ittiham

"Artıq imza toplama prosesini yekunlaşdırmışıq, 10 mindən artıq imza toplanıb".

Bunu Anspress-ə açıqlamasında, prezidentliyə namizəd, Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi.

Prezidentliyə namizəd, hazırda vərəqlərin yoxlanması prosesinin getdiyini qeyd etdi: "Çox çətin bir prosesdən keçirik. Xalqda böyük xof, inamsızlıq hökm sürür".

Ə.Oruc, Milli Şurada təmsil olunan partiyaları, onlara qarşı əks-təbliğat aparmaqda ittiham etdi: "Bundan başqa Milli Şuraya yığılmış, cüzi pula belə satılmağa hazır olan, bir seçki dövründə yüz qapıdan sədəqə götürən "julik yığını" da bizim əleyhimizə təbliğat aparır".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->