Siyasət 19:35 25.05.2020

Putinin mətbuat katibi koronavirusdan sağaldı

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusdan sağalaraq evə buraxılıb. 

Qaynarinfo xəbər verir ki, o, "RİA Novosti”yə açıqlamasında xəstəxanadan buraxıldığını təsdiqləyib.

Qeyd edək ki, mayın birinci yarısı xəstəxanaya yerləşdirilən D.Peskov COVID-19-dan müalicə olunurdu. (modern.az)