Vanderbilt Universiteti Tibb Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, duz qəbulunu gündə bir çay qaşığı azaltmaq bir həftə ərzində qan təzyiqini məşhur dərmanların qəbulu ilə əldə edilən səviyyəyə endirir.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika Ürək Assosiasiyasının (AHA) konfransında bildirilib.
Müəlliflər yüksək qan təzyiqi olan yüz iştirakçını cəlb edərək, bəzilərini az duzlu pəhrizə (gündə 1,3 qram), digərlərini isə yüksək duzlu pəhrizə (gündə 5 qram) yönəldiblər. Bir həftə aşağı natriumlu pəhrizin qan təzyiqini orta hesabla 7 mm Hg azaltdığı aşkar edilin.
Həddindən artıq miqdarda duz qan təzyiqinin artmasına, arterial hipertansiyonun inkişafına kömək edir və nəticədə ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, miokard infarktı və insult kimi bədbəxt hadisələr riskinin artmasına səbəb olur.
Duz orqanizmdə suyun saxlanmasına kömək edir, yəni duz qəbulunun azaldılması qanda suyun miqdarını azaldır və qan damarlarının divarlarında təzyiqin azalmasına səbəb olur ki, bu da qan təzyiqini aşağı salır.
Aydın
Şərhlər