Xəbər lenti

Qanuni oğru Taleh Maştağinskiyə hökm oxundu
Dünya 11:35 06.03.2017

Qanuni oğru Taleh Maştağinskiyə hökm oxundu

Moskva şəhər Presnesk rayon məhkəməsi azərbaycanlı qanuni oğru Taleh Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edib. 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, kriminal aləmdə “Taleh Maştağinski” kimi tanınan Dağlıyev  narkotik maddə saxlamaqda ittiham edilib.

Dağlıyev ötən ilin sentyabrında Moskvadakı “Naş dvor” restoranında saxlanılmışdı. Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı “Taleh Maştağinski”nin üzərindən narkotik  maddə tapılmışdı.

Taleh Dağlıyev  Bakının Maştağa qəsəbəsindəndir. O, 2014-cü ildə Türkiyədə keçirilən “sxodka”da “oğru”  adənı alıb. Ona bu titul “Lotu Quli”  tərəfindən verilib.

Qaynar.Az

--> -->