"Qarabağ" darmadağınla yenidən zirvəyə yüksəldi

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Qaynarinfo xəbər verir ki, bu gün ilk iki oyun keçirilib.

Açılış matçında  autsayderlər zonasında qərarlaşan iki komanda üz-üzə gəlib. Paytaxt təmsilçiləri "Səbail”lə "Keşlə” birincilərin meydanında qarşılaşıb. Turnir cədvəlində qonşu olan komandaların görüşündə qollar ikinci hissədə vurulub. "Keşlə” fasilədən dərhal sonra hesabı açmasına baxmayaraq, "Səbail” məğlubiyyətdən qurtulmağı bacarıb. Nəticədə komandalar xalları yarı bölüblər.

Son vaxtlar qeyri-stabil çıxışla yadda qalan "Qarabağ” yüksəlişdə olan "Qəbələ”ni sınağa çəkib. "Qırmızı-qaralar”ın rəqibə müqavimət göstərməsi gözlənilsə də, bu baş verməyib. Qurban Qurbanovun kollektivi görüşün taleyini ilk hissədəcə həll edib. Sabiq "Qəbələ”li Filip Ozobiçin dublu və çempionatın bombardiri Mahir Emrelinin qolu sayəsində rəqibini darmadağın edən "Qarabağ” ən azı bir günlük də olsa zirvəyə yüksəlib.

Qeyd edək ki, turun "Sumqayıt” – "Zirə” (16:00) və "Neftçi” – "Sabah” (18:15) oyunları sabah keçiriləcək.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR