Ermənistan
və Azərbaycan arasındakı qarşıdurmanın növbəti raundu proqnozlaşdırılırdı.
Qaynarinfo
xəbər verir ki, bu sözləri tarix elmləri doktoru, Sankt-Peterburq Dövlət
Universitetinin postsovet məkanında beynəlxalq münasibətlər kafedrasının
dosenti Niyazi Niyazov deyib.
O, Rosbalt müxbirinə bildirib ki, bunu ölkələr
arasındakı münasibətlərin əvvəlki təcrübəsi göstərirdi, çünki sülh yolu ilə həll
prosesində heç bir nailiyyət yox idi.
"2016-cı
ildə münaqişə zonasında ilk ciddi toqquşma baş verəndə ərazinin bir hissəsi Azərbaycana
keçdi. Bundan sonra Ermənistan prezidenti Serj Sarkisyan ölkənin güzəştə gedəcəyinə
söz verdi və tərəflər Moskvanın dəstəyi ilə, sülh yoluyla nizamlanmaya nail
olmaq üçün addımlar atdı. Ancaq Ermənistandakı inqilabdan sonra Nikol Paşinyan
hakimiyyətə gəldi və vəziyyət mənfi istiqamətdə dəyişməyə başladı, danışıqlar
prosesi boşa çıxdı. Azərbaycan prezidenti İlham Əliyev münaqişənin həlli
prosesinin onun ölkəsinə sərf etmədiyini söylədi. Əslində, tarixən Dağlıq
Qarabağın bir hissəsi olmayan beş rayonun qaytarılması və habelə kommunikasiyanın
bərpa olunmasını nəzərdə tutan "Lavrov planı” pozuldu”, - ekspert qeyd edib.
Ona
görə, artıq Qarabağdan kənarda, iki ölkə arasındakı sərhəddə son qarşıdurmanın
2020-ci ilin yayında baş verdiyini xatırladıb və bu, artıq sentyabr ayında baş
verə biləcək hərbi əməliyyatların yenidən başlayacağını göstərirdi.
"Məncə,
hazırda böyük müharibə ehtimalı var. Hər yeni gün nizamlanmada irəliləmənin
olmaması hər iki tərəf üçün ciddi xərclər, böyük itkilərlə nəticələnəcək
genişmiqyaslı tədbirləri yaxınlaşdırır. Eyni zamanda, Azərbaycanın ərazilərinin
heç olmasa bir hissəsinin güc yolu ilə qaytarılmasına nail olmaq əzmində olduğu
nəzərə çarpır, çünki ölkənin siyasətçiləri və vətəndaşları danışıqlar prosesindən
və danışıqların aparıcısı Paşinyanla bağlı tamamilə məyus oldular", - Niyazov
deyib.
Şərhlər