“Qarabağ” - “Partizani” matçı moldovalı hakimlərə tapşırıldı

“Qarabağ” - “Partizani” matçı moldovalı hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ” və Albaniyanın "Partizani” komandaları arasında keçiriləcək cavab qarşılaşmasına hakim təyinatları açıqlanıb.

Qaynarinfo klubun "Facebook” səhifəsinə istinadən xəbər verir ki, oyunun idarə edilməsi Moldovadan olan hakimlər briqadasına tapşırılıb. 

Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər. Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər. 

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena”da keçiriləcək matç saat 21:00-da başlanacaq. Tiranadakı ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR