İdman 22:48 19.09.2019

"Qarabağ" "Sevilya"ya uduzdu

"Qarabağ” bu gün Avropa Liqasının 2019/20 mövsümünün qrup mərhələsində ilk oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Ağdam klubu I tur çərçivəsində "Sevilya”nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun 62-ci dəqiqəyədək 0:0 hesabı ilə yekunlaşıb. 62-ci dəqiqədə Çiçarito hesabı açıb. 78-ci dəqiqədə Munir Əl-Haddadi, 85-ci dəqiqədə Oliver Torres fərqlənib. Beləliklə, "Qarabağ" 0:3 hesabı ilə yenilib.

Qeyd edək ki, "Sevilya” isə Avropa Liqasının turnirin rekordçusudu. İspaniya klubu 5 dəfə turnirin qalibi olub.

A qrupu çərçivəsində bu gün APOEL də "Düdelanj”ı qəbul edib və 3:4 hesabı ilə uduzub. 
 
Avropa Liqası
Qrup mərhələsi
A qrupu, I tur

19 sentyabr
20.55 Qarabağ (Azərbaycan) - Sevilya (İspaniya) 0:3
Qollar: Çiçarito, 62. Munir Əl-Haddadi, 78. Oliver Torres, 85.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev (18. İsmayıl İbrahimli, 85), 3. Aylton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero (10. Dani Kintana, 77), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 99. Maqaye Qeye (7. Araz Abdullayev, 67).
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 6. Simeon Slavçev, 14. Rəşad Sadıqov, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.
Sevilya: 1. Tomaş Vatslik, 11. Munir Əl-Haddadi, 12. Xules Kunde, 14. Çiçarito (10. Ever Baneqa, 72), 15. Alexandro Poso, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos, 21. Oliver Torres (9. Munas Dabbur, 86), 22. Franko Vaskes, 24. Xoan Xordan (7. Roni Lopes, 58).
Ehtiyat oyunçular: 13. Yassin Bunu, 3. Serxi Qomes, 23. Serxio Reqilon, 25. Fernando. 
Baş məşqçi: Xulen Lopeteqi.
Sarı vərəqələr: Aylton Silva, 36. Maksim Medvedev, 73 - Nemanya Qudel, 90+2.
Hakimlər: Yevgeni Aranovski, Syomen Şlonçak, İqor Alyoxin, Yaroslav Kozık (Ukrayna).
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.