Xəbər lenti

Siyasət 16:31 03.12.2020

Qarabağda davam edən erməni təxribatlarının qarşısını necə almaq olar? (ŞƏRH)

"Erməni tərəfinin hazırkı vəziyyətdən yararlanaraq Rusiya ilə Azərbaycan arasındakı münasibətləri gərginləşdirməyə çalışacağı gözlənilən idi”. 

Bu sözləri hərbçi ekspert Ədalət Verdiyev Qaynarinfo-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, erməni təxribatlarının qarşısını Monitorinq Mərkəzi fəaliyyətə başlayandan sonra almaq mümkün olacaq:  

"Yəqin ki, təxribatların qarşının alınması üçün sülhməramlılara nəzarət mərkəzinin açılmasını gözləyəcəyik. Həm də bu barədə konkret məlumatlarımızın olması üçün mərkəzin fəaliyyəti lazımdır. Erməni tərəfinin hazırkı vəziyyətdən yararlanaraq Rusiya ilə Azərbaycan arasındakı münasibətləri gərginləşdirməyə çalışacağı gözlənilən idi. Bu, artıq baş verir. Tək su boru xəttinin partladılması ilə bağlı deyil. Digər məqamlar da var. Məsələn, qondarma qurumun bayrağı altında rus sülhməramlıların fotolar paylaşması, onlarla rəsmi dövlət səviyyəsində görüşlər keçirməsi və s. Buna görə səbirli olub, gözləmək lazımdır. Çünki bu vəziyyətdə yəqin ki, Azərbaycan tərəfi yalnız Rusiyaya bu barədə məlumatlar və notalar verməklə kifayətlənir. Halbuki, bu məlumatlar açıq mətbuatda paylaşılmayıb. Biz bunu görməmişik. Azərbaycanın buna laqeyd qalacağını düşünmürəm. Monitorinq qrupunun işə düşməsindən sonra real nəticələr olacaq. Təxribatların qarşısını almaq üşün tədbir görəcək 3 tərəf var – Azərbaycan, Rusiya və Türkiyə. Bəyannamədə də bu göstərilib. Türkiyə tərəfinin dediyinə görə, sülhməramlıların bir qrupu artıq buradadır, bir qrupunun monitorinq mərkəzi üçün də hansısa bina inşa edilir”.  

Ermənistan tərəfinin təslim olmaq istəməyən qruplarla bağlı dediklərini məkrli hesab edən Ədalət Verdiyev bildirib ki, erməni silahlılarını ərazidən təmizləmək birbaşa Rusiya sülhməramlıların işidir:  

"Təslim olmayan qrup vardısa, gələrdi rayonların azad olunması əməliyyatları zamanı döyüşlərdə iştirak edərdi. Onda görərdilər ki, döyüşmək necə olur. Klaviatura qabağında döyüşmək istəyənlər çox olur. Əgər belə döyüşkən...

Orxan Əhmədli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->