Xəbər lenti

İdman 12:33 17.01.2023

"Qarabağ"ın hücumçusu Avropanın bombardirləri siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə Avropanın bombardirləri siyahısını açıqlayıb.
 
Qaynarinfo-nun məlumatına görə, millimizin futbolçusu Ramil Şeydayev də sözügedən siyahıda yer alıb. "Qarabağ”ın hücumçusu ötən il vurduğu 25 qolla 21-ci pillədə qərarlaşıb. Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.

Siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı forvard ümumilikdə 56 dəfə fərqlənib. İkinci pillədə isə Erlinq Haland qərarlaşıb. Norveçli hücumçu Mbappedən 10 qol geridə qalıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->