Xəbər lenti

İdman 11:28 11.06.2022

"Qarabağ"ın sabiq qapıçısı yeni müqavilə bağladı

Qapıçı Asmir Beqoviç "Everton”la müqavilə müddətini uzadıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Açıqlamada təcrübəli qapıçı ilə daha bir mövsümlük müqavilə bağlanıldığı bildirilib. Bosniyalı qapıçı ötən mövsüm "Everton”un heyətində 7 oyuna çıxıb, 13 qol buraxıb.

Beqoviç 2019-2020 mövsümdə "Qarabağ”ın heyətində Azərbaycan çempionu olub.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->