İdman 19:14 08.12.2019

"Qarabağ"ın maraqlandığı çex qapıçıdan açıqalama

Şotlandiya mətbuatında "Sent-Mirren"in qapıçısı Vatslav Qladkinin "Qarabağ"dan təklif alması ilə bağlı xəbər yayılıb.

Məlumatın nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün çexiyalı qolkiperin özü ilə əlaqə saxladıq. 29 yaşlı çərçivə qoruyucusu sportinfo.az-a açıqlamasında bundan xəbərsiz olduğunu bildirdi:

"Hazırda məndə bu barədə hər hansı məlumat yoxdur. "Qarabağ"dan təklif olub-olmamasından xəbərsizəm. Bu işlərlə menecerim məşğul olur".

"Qarabağ"ı yaxşı tanıdığını deyən Qladki "Bu komandada oynamaq istərdinizmi" sualını isə cavabsız qoydu: "Əlbəttə, "Qarabağ"ı yaxşı tanıyıram. Əgər xatırlayırsızsa, 3 il öncə "Slovan"ın heyətində bu komandaya qarşı oynamışam. "Qarabağ"da oynamaq sualına gəlincə, buna cavab vermək istəmirəm".

Qeyd edək ki, "Qarabağ"ın Qladkiyə görə "Sent-Mirren"ə 200 min funt-sterlinq təklif etdiyi iddia olunur.