"Qarabağ" - "Dundalk" oyununun gedişi zamanı azarkeşlərlə polis arasında mübahisə düşüb.
Müxbirimizin lentə aldığı görüntülərdə bir qrup azarkeşlə polisin mübahisə etdiyi görünür. Məlumata görə, stadionda iki azarkeş arasında dava düşüb. Polis onları sakitləşdirmək istədikdə isə azarkeşlərlə toqquşma baş verib. Bunun ardınca polis "dubinka" və gözyaşardıcı qazlardan istifadə etməli olub. Saxlanılanlar da var. ((offsideplus.az))
Şərhlər