Xəbər lenti

Mənzil təmiri adı altında dələduzluq - Məhkəmə başlayır
Ölkə11:47 26.09.2024

Mənzil təmiri adı altında dələduzluq - Məhkəmə başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Özünün təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çox sayda vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 
Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlərə Dair Məhkəməyə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatındadır. 
Vüsal Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ittiham irəli sürülüb. 
İş materiallarından məlum olur ki, Vüsal Bağırov mənzil təmir etmək adı dələduzluq əməlinə yol verib. İş üzrə 23 nəfər zərərçəkmiş qismində tanınıb. 
Seyid