Azərbaycan ordusunun torpaqlarını azad etmək uğrunda apardığı 44 günlük müharibədə yaralanaraq bir ayağını itirən 23 yaşlı qazimiz Abbas Abbaslının müalicə aldığı xəstəxanadan çıxdıqdan sonra evinə qayıtdığı anın şəklini "Anadolu” agentliyi həftənin fotosu seçib.
Qaynarinfo xəbər verir ki, fotoda yaxınlarının Abbası Azərbaycan və Türkiyə bayraqları ilə qarşılamaları əks olunub.
Qeyd edək ki, fotonun müəllifi Rəsul Rəhimovdur.
Şərhlər