"Qəbələ” iordaniyalı futbolçu Omar Hani ilə yollarını ayırıb.
Qaynarinfo-nun məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin sentyabrından bölgə klubunda çıxış edən legioner "qırmızı-qara” formada meydana çıxdığı 85 matçda dörd qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda bir matçda iştirak edib. Asiyalı futbolçu "Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.
Səbuhi Həsənov
Şərhlər