İdman 15:49 27.01.2021

"Qəbələ"nin Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

UEFA Gənclər Liqasında mövsümün ilk püşkatma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu "Qəbələ”nin 1/32 finaldakı rəqibi bəlli olub.

Bakı vaxtı ilə saat 15.00-da başlayan tədbirdə əvvəl Çempionlar Liqası yolu, ardınca Çempionlar yolunun iştirakçıları cütlərə bölünüb. Hər yol üzrə 32 komanda 16 cüt təşkil edib.

Çempionlar yolunda mübarizə aparacaq Azərbaycan çempionu "Qəbələ” bu mərhələdə "Şkendiya”ya rəqib olub. Bir oyundan ibarət görüş Şimali Makedoniyada baş tutacaq.

Qeyd edək ki, 1/32 final mərhələsinin matçları martın 2-3-də keçiriləcək.