Böyük Britaniyanın azyaşlı bir sakini Holli Morqan ölən atasına bir açıqca yazıb və açıqcanı poçt qutusuna atıb.
Qaynarinfo Daily Mail-ə istinadən bildirir ki, altı yaşlı Hollinin bir il əvvəl vəfat edən atasının 47 yaşı tamam olacağı gün qızı "cənnətə" məktub göndərərək onu təbrik etmək istəyib.
Tezliklə Holliyə bildiriş gəlib. Bildirişdə deyilib ki, onun açıqcası "kosmosdan uçaraq” "cənnətə çatdırılıb.
Bildirişi yerli poçt əməkdaşları yazıb. Buna görə onlar mərhumun dul arvadından təşəkkür qazanıblar.
Alpər
Şərhlər