Xəbər lenti

"Azərbaycanlı qız ərimi və məni təhqir edir" - Rusiyalı aparıcı
Maqazin 18:55 23.02.2016

"Azərbaycanlı qız ərimi və məni təhqir edir" - Rusiyalı aparıcı

Rusiyalı aparıcı Ksenya Borodina Səbinə adlı azərbaycanlı xanımdan şikayətlənib. Axşam.az-ın məlumatına görə, o bu haqda sosial şəbəkədə yazıb. 

Aparıcı İnstaqramda onu izləyən Bakı sakini olan qızın 1 ildən çoxdur ki, onu təqib etdiyini bildirib. Borodina qızın fotolarını kollaj edib, İnstaqram səhifəsində paylaşıb və onunla bağlı fikirlərini bölüşüb:

“Mən tanımadığım bu ailənin fotosunu kollaj etdim. Bu qadın ömrünün bir ilini bizə həsr edib. O, müntəzəm olaraq məni, həyat yoldaşımı, övladımı, anamı, mənə doğma olan hər kəsi təhqir edir. Səbinə adlı bu qadın ətrafına bir qrup toplayaraq, hər kəsə mənim saxta ailəm olduğunu deyir. Hamiləliyim boyunca o məni tənqid edib, bədənimin hər nöqtəsini müzakirəyə qoymuşdu. Ərə getməyimi də ələ salmışdı. 

O, mənim və həyat yoldaşımın bütün tanışlarına yazıb. Bizim dostlarımızla münaqişədə olduğumuzu qeyd edirdi. Hətta mənim uşağımı tələf etmək istəməyimlə bağlı xəbər də yazmışdı. Ona və gözəl övladına yaxşı baxın. Belə bir qadın necə başqası haqqında nə gəldi yaza bilər? Hətta övladlarımın adına da lağ edirdi. Bu qadın kimdir? Mənə çox maraqlıdır o qadının həyat yoldaşı nə düşünür? Ümumiyyətlə həyat yoldaşının bu qadının əməllərindən xəbəri var? 

Bu qadın gecə-gündüz yaratdığı çirkin qrup ilə birgə mənim tərəfimdən bir vaxtlar qara siyahıya salınmış insanlara mesajlar yazır, onları da mənə qarşı qaldırır. Bunu tanımıram. Bəlkə nə vaxtsa avtoqraf verməmişəm, hava limanında ayağını tapdalamışam, indi məndən intiqam alır. Ailəsi, hamiləliyi təhqir edilən heç bir qadın buna soyuqqanlı yanaşmaz. Qafqazda yaşayan bu qadının heç olmasa 1 dəqiqəlik utanmasını istəyirəm. Mənim Azərbaycanda çoxlu dostlarım var. Bu ölkə hörmətli insanlarla doludur”.

Borodina Səbinə adlı bu qadının onun haqqında yazdığı bütün şərhləri saxladığını bildirib:

“Onun şərq ailəsi, övladı, valideynləri var. Bütün onun ətrafında olanların bu qadını tanımasını istəyirəm. Onun çirkin əməllərinin hamısını çəkib saxlamışam. İndi yaratdığı qrupların hamısını sildirmişəm. Burnunu mənim şəxsi həyatıma soxmağa çalışan hər kəsi bu cür edəcəm. Düşünürdüm ki, bu 16-17 yaşı olan uşaqdır. Bunu övladı olan bir qadının etdiyini görəndə dəhşətə gəldim. Ərimi də, məni də bezdirib. Bizim ailəmiz digərlərindən fərqlənmir: bir-birimizi sevirik, hərdən dalaşırıq, övlad böyüdürük. Mən və həyat yoldaşım kiminsə ailəmizə ziyan vurmasına icazə vermərik”.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->