Xəbər lenti

Rahib dini ayin zamanı bıçaqlandı
Dünya 10:21 23.03.2019

Rahib dini ayin zamanı bıçaqlandı

Kanadanın Montreal bölgəsində rahib dini ayin zamanı bıçaqlanıb.

Qaynarinfo xəbər verir ki, Müqəddəs Cozef kilsəsində baş verən hadisə zamanı 77 yaşlı din xadimi Kloud Qrou bıçaqlı hücuma məruz qalıb və yaralanıb. Təhlükəsizlik əməkdaşları və ayində iştirak edənlər cinayətkarı zərərsizləşdirib. 26 yaşlı kişi polis tərəfindən saxlanılıb. 

Kloud Qrounun vəziyyətinin yaxşı olduğu bildirilir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->