İdman 13:51 26.10.2021

Ramil Şeydayev üçün yubiley

Ramil Şeydayev Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.
 
Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ”ın hücumçusunun yubileyi VIII turun "Səbail”lə səfər matçına (1:3) təsadüf edib.
 
Onun ölkə çempionatında debütü 2017/18 mövsümündə gerçəkləşib. Fasilələrlə Premyer Liqada çıxış edən Ramil 50 matçda 8 qol vurub. O, iki klubun formasını geyinib. "Qarabağ”da 22 oyuna 2 qol vuran forvard "Sabah”da 28 matçda 6 dəfə fərqlənib.
 
Səbuhi Həsənov