Ramin Hacılı Qarabağ komitəsinə qoşuldu

Ramin Hacılı Qarabağ komitəsinə qoşuldu

Azərbaycanda fəaliyyət göstərən və Qarabağ məsələsini gündəmdə saxlamaq, vətəndaş cəmiyyətinin Qarabağla bağlı mövqeyini əks etdirmək üçün yaradılmış Qarabağ Komitəsində (QK) Ramin Hacılının üzvlülük məsələsinə baxılıb və yekdilliklə qəbul edilib. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı qəbula görə təşəkkürünü bildirib və Qarabağ adına olan bütün fəaliyyətlərdə yaxından iştirak edəcəyini, komitə daxilində də aktiv olacaqlarını bəyan edib. 

Bir ilə yaxındı fəaliyyətə başlamış Qarabağ Komitəsində Azərbaycanın tanınmış vətəndaş cəmiyyəti nümayəndələri, partiya rəhbərləri, siyasi və ictimai liderlər təmsil olunur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR