Xəbər lenti

Rasim Balayev Prezidentlə görüşündən maraqlı hadisəni danışdı (VİDEO)
Ölkə 09:26 04.04.2023

Rasim Balayev Prezidentlə görüşündən maraqlı hadisəni danışdı (VİDEO)

Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə görüşündən maraqlı hadisə danışıb.

O, bu barədə "Ötən günlər” verilişində söz açıb.

Rasim Balayev bildirib ki, maraqlı dialoq Şamaxıda Nəsiminin heykəlinin açılışı zamanı baş verib:

"Anar Rzayevin maşınında getmişdik. Nəsiminin heykəlinin açılışı idi. Hamı pencəkdə idi, mən isə gödəkçədə. Gödəkçəni çıxardım ki, görüm kimə verim? Gördüm ki, hamısı nazirdir, təzədən geyindim. Prezidentə dedim ki, cənab Prezident, mən bir az xəstəyəm, məni bağışlayın. O da dedi ki, narahat olmayın.

Cənab Prezident məndən soruşdu ki, Rasim müəllim, siz canlı Nəsimisiniz, heykəl necədir? Dedim ki, cənab Prezident yaxşıdır, amma film də çəkilmir, yaxşı pul versələr, səhər gəlib axşama kimi duraram burada".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->