Xəbər lenti

İdman 22:41 22.12.2018

"Real" dünya çempionatının qalibi oldu

Klublararası dünya çemponatının qalibi müəyyənləşib. 

Qaynarinfo xəbər verir ki, final İspaniya "Real"ı turnirin ev sahibi olan Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubu ilə qarşılaşıb.

Matçı ispanların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Luka Modriç, Markos LlorenteSerxio Ramos fərqlənib. İspaniya təmsilçisi həmçinin Yahya Nadirin avtoqoluna sevinib. "Əl-Ayn"ın təsəlli qoluna isə Tsukasa Şiotani imza atıb.

Qeyd edək ki, "Real" 4-cü dəfə klublararası dünya çempionatının qalibi olub (2014, 2016, 2017, 2018). "Kral Klubu" bu göstəricidə rekordçudu. İkinci pillədəki "Barselona" 3 dəfə bu kuboka sahib çıxıb.

Ona da qeyd edək ki, klublararası dünya çempionatının üçüncü yer uğrunda oyununda Argentinanın "River Pleyt" klubu Yaponiya təmsilçisi "Kasima Antlers"ə 4:0 hesabı ilə qalib gəlib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?