Bu gün Hərbi Hava Qüvvələrinin "MiQ-29” təyyarəsinin dənizə düşməsi nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, hüzr mərasimindən əvvəl pilotun ailəsi onun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib. Ziyarətçilər arasında onun hərbçi dostları da var.
Pilotun anası məzarı başında oğluna ağı deyib. O oğlunun ölümünü qəbul edə bilmədiyini bildirib: "Oğlum mənə can, nəfəs verirdi. Gözlərimdən yaş yox, qan axır. Məni heç hara aparmayın. Qoyun balamla vidalaşım. Ölənə qədər sənə ağlayacam. Rəşad, oğlun səni görməyə gəlib, deyir atam ölməyib...”
Şərhlər